Ukrayna Xarkov vilayətinin ardınca Xerson istiqamətində də bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.
TİA.AZ Unian-a istinadən xəbər verir ki, Xerson vilayətində Vısokopolie, Novovoznesensk, Beloqorka, Suxoy Stavok və Mirolyubovka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. Bu barədə brifinqdə “Cənub” Birləşmiş Komandanlığının spikeri Natalya Qumenyuk bildirib.









