Türkmənistana nə satıb, nə aldığımız məlum oldu

Türkmənistana nə satıb, nə aldığımız məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə müxtəlif layihələr həyata keçirilir. İki ölkə prezidenti arasında imzalanan anlaşmalar iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsinnə xidmət edəcək. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır.

Tribuna.az xəbər verir ki, bu barədə danışan millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan ilə Türkmənistan arasıdakı ticarət dövriyyəsi həm enerji, həm də qeyri neft-qaz məhsullarını əhatə edir. Onun sözlərinə görə, 2026-cı ilin ilk 4 ayında Azərbaycan Türkmənistandan reaktiv mühərriklər üçün kerosin yanacağı (4 milyon 190 min dollar), mineral və ya kimyəvi azot gübrələri, suda məhlulu (1 milyon 980 min dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (1 milyon 496 min dollar), sürtkü yağları (944 min dollar), şokolad və ondan hazırlanan digər məmulatlar (638 min dollar), kimyəvi toxuculuq

materiallarından olan kisə və paketlər (363 min dollar) və digər məhsulları idxal edib:

“Azərbaycanın Türkmənistana ixracına gəldikdə isə ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza (6 milyon 47 min dollar), dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, yaymadan sonra oyuqları və çıxıntıları olan məhsullar (4 milyon 885 min dollar), kimyəvi çevirmələr üçün sürtkü yağları (1 milyon 913 min dollar), kərə yağı (929 min dollar), ağır distilyatlar, qazoyllar, dizel yanacağı (514 min dollar) və digər məhsulları qardaş dövlətə satırıq.

Bütövlükdə, sözügedən dövrdə Azərbaycan ilə Türkmənistan arasında 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir”.

Gülşən Rəsul