Türkiyədə F-16 qəzaya uğradı, pilot şəhid oldu

Türkiyədə F-16 qəzaya uğradı, pilot şəhid oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Balıkesir şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə yerli vaxtlar gecə saat 00:56-da Balıkesirdən havaya qalxan F-16 təyyarələrindən biri radardan itib və ppilotla əlaqə saxlamaq mümkün olmayıb.

Dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilərək qalıqları tapılıb.

Pilotun şəhid olduğu bildirilir. Qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalar nəticəsində müəyyən ediləcək.

Sənan Məmmədli