Türkiyə hökuməti restoranlar, kafelər və digər ictimai iaşə obyektlərində məcburi əlavə ödənişlərin tutulmasını qadağan edib. Söhbət daha əvvəl tez-tez yeməklərin qiymətindən ayrı şəkildə hesaba əlavə olunan “servis haqqı”, “masa haqqı” və “servirovka haqqı”ndan gedir. Bu barədə Haberler məlumat yayıb.
Yeni qərara əsasən, bu cür xərclər əvvəlcədən menyuda göstərilən yemək və içkilərin qiymətinə daxil edilməlidir. Əlavə ödənişlərin istənilən ad altında əsas tarifdə əks olunmadan tutulması artıq qanun pozuntusu hesab ediləcək.
Haberlerin məlumatına görə, sənəd həmçinin iaşə obyektlərini menyuda və qiymət cədvəllərində nəzərdə tutulan bütün əlavə xərcləri açıq şəkildə göstərməyə öhdəliyinə götürür ki, istehlakçı sifarişin yekun məbləğini əvvəlcədən bilsin.
Qeyd olunur ki, bu yenilik qiymətlərin şəffaflığının artırılmasına və istehlakçı hüquqlarının qorunmasına yönəlib.
İmran Kərimli









