“Türk sözünü təhqir kimi istifadə etmək faşistliyin əlamətidir”

“Türk sözünü təhqir kimi istifadə etmək faşistliyin əlamətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ermənistanda türklərə nifrət həddindən artıq çoxdur.

Tribuna.az xəbər verir ki, genetik olaraq xəstə olan ermənilərin “Türk” sözündən təhqir istifadə etməsi də bununla bağlıdır.

Xüsusən siyasi dairələrdə onların bir birilərini bu şəkildə adlandırmaqla, “aşağılaması” halları da geniş yayılıb. Bu xəstələrin məntiqinə əsasən türk olmaq “qəbahətdir”. Hərçənd dünya erməni olmağı daha çox öz şəninə sığışdırmır.

Lakin Ermənistanda az da olsa ağlı başında olan bir qrup var. Ötən gün bir qrup erməni insan haqları müdafiəçisi bəyanatla çıxış edərək, “Türk” sözünün təhqir kimi istifadə edilməsinin qəbuledilməz olduğunu bildirib. Onlar bunun etnik ayrı-seçkilik, nifrət aşılama kimi qiymətləndiriblər. Hətta bəyanatda belə yanaşmanın “faşist düşüncəsinin məhsulu” kimi qavranıldığı da qeyd edilib.

Fərda Uğur