ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər razılığa gələ bilməsələr, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Tribuna.az-ın məlumatına görə, Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, ya əla razılaşma əldə edəcəyik, ya da bu hərbi yolu bitirəcəyik”, – Tramp deyib.
Onun sözlərinə görə, danışıqlar tədricən gedir və ABŞ diplomatik yollarla lazımi nəticələrə nail olmağı gözləyir.
“Düşünürəm, yavaş-yavaş, amma şübhəsiz ki, lazım olanı əldə edirik. Əgər əldə etməsək, buna başqa cür son qoyacağıq”, – Ağ Ev rəhbəri qeyd edib.
Eyni zamanda, Tramp Tehranla razılaşma əldə etməyə üstünlük verdiyini vurğulayıb. “Mən sazişə üstünlük verərdim”, – ABŞ Prezidenti əlavə edib.









