İranın keçmiş prezidenti Mahmud Əhmədinejad rəsmiləri kəskin qınayıb.
Tribuna.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın İslam Respublikası barədə təhqiramiz ifadələrinin cavabsız qoyulmasını səhv adlandırıb.
“Tramp sizi lənətləyir, yəni ona cavab verəcək bir kişi tapılmayacaq? Bir adam olmayacaq ki, üzbəüz dayanıb desin, nə deyirsən özünsən…” – deyə Əhmədinejad rəsmilərə tənə vurub.
Xatırladaq ki, Donald Tramp Ankarada İslam Respublikası və İran xalqı haqda bu sözləri işlədib: zibil, iyrənc, çirkli, xərçəng şişi, şər, bacarıqsız, dəyərsiz, ruhi xəstə, fırıldaqçı və quldur.









