Bir qrup amerikalı general Kremllə “sülh planı”nı müzakirə etmək üçün gələn həftənin sonunda Moskvaya uçacaq.
Tribuna.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşr qeydd edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün “aqressiv cədvəl”lə hərəkət edir və Kiyevə misli görünməmiş təzyiq göstərmək niyyətindədir.
Bundan başqa, Tramp Rusiya ilə danışıqlar üzrə nümayəndəsini də dəyişmək qərarına gəlib. Həmin şəxsin ABŞ-ın ordu katibi, general Den Driskollun olacağı qeyd edilib. Onun bu günlərdə Kiyevə səfər edib və Zelenski ilə danışıqlar aparması da missiyasının başlaması kimi təqdim olunur.
Nəşr qeyd edib ki, Den Driskoll dövlət katibi Vensin yaxın dostu və sinif yoldaşı olub.
Fərda Uğur









