Tramp üçün SÜKUT  günü – Sabahdan…

Tramp üçün SÜKUT günü – Sabahdan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tramp seçkiləri uduzacaq. Ehtimal budur ki, ən azı Konqresdə demokratlar üstün olacaq, Senatda isə respublikaçılar qalib gələ bilər”.

Bu sözləri Tribuna.az-a professor Qabil Hüseynli noyabrın 3-də keçiriləcək aralıq seçkiləri haqda deyib.

Onun sözlərinə görə, ABŞ-da bu seçkilərin nəticələri dünya siyasətinə təsir edəcək: “Trampın İran və Ukrayna məsələlərinə münasibəti göz qabağındadır. Əgər demokratlar qalib gələrsə, ABŞ Kiyevə dəstəyi artıracaq, İrana isə zərbələri bərpa etməyəcək”.

Professor hesab edir ki, Tramp dünyanın siyasi nizamını pozub, beynəlxalq hüquqa zidd addımlar atır, ona görə dəyişikliyə zərurət var: “Sabahkı seçkilər olduqca mühümdür. Əgər respublikaçılar hər iki orqana seçkiləri udarsa, Trampın Zelenskiyə təzyiqləri güclənəcək, İrana qarşı hərbi əməliyyatlar başlanacaq. Mən bunu arzu etmirəm və gedişatı gözləyirəm”.

Həsən Ağa