ABŞ-ın İranla müharibəyə çəkdiyi xərclər…

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərclər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərclər oktyabrın 16-dək 47,1 milyard dollara çatıb.

Tribuna.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” Pentaqon sənədlərinə istinadla məlumat yayıb.

Bildirilib ki, bu məbləğin təxminən 29 milyard dolları istifadə edilmiş sursatların və raketlərin bərpasına, 6,1 milyard dolları isə itirilmiş hərbi texnika və avadanlıqların bərpasına yönəldiləcək.

Hərbi əməliyyatların birbaşa xərcləri təxminən 11,9 milyard dollar təşkil edib. Bu rəqəmlər ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına dəyən zərərin bərpası xərclərini əhatə etmir.

Qeyd edək ki, Pentaqon müharibə ilə bağlı əlavə xərclərin qarşılanması üçün Konqresdən 67 milyard dollar vəsait istəyib.