ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir.
Tribuna.az xəbər verir ki, o, keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində necə dominantlıq etdiyini xatırladıb.
“Mən onunla döyüşmək istəmirəm. O, təhlükəli bir adam idi”, – deyə əlavə edən Tramp daha sonra Taysonun xarici görünüşünü tərifləyərək onun indi 30 il əvvəlkindən daha yaxşı göründüyünü bildirib.









