Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan

Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin daha bir əməkdaşı ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verdiyi üçün işdən azad edilib.

Tribuna.az xəbər verir ki, Nəsimi rayonunda, 28 May küçəsində yeni parkın salınması üçün görülən işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilərkən aqrotexniki qaydalara riayət olunmaması faktı aşkar edilib.

Həmin ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara riayət olunması tələb edilsə də, buna riayət edilməyib və ağac zədələnib.

Aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb. İşində yol verdiyi nöqsanlara görə Birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlı oxşar narazılıqlar bundan öncə də ictimailəşdirilib. Birlik əməkdaşları bundan əvvəldən qanunsuz ağac kəsiminə yol verib, mütəmadi olaraq bu cür qanunsuzluqlar ediblər.

Halbuki küçə və prospektlər qəzalı vəziyyətdə olan, insanlar üçün təhlükə yaradan ağaclarla dolu olduğu halda, bu birlik əməkdaşları həmin ağaclarla bağlı vaxtında tədbirlər görmürlər.

Həmçinin müxtəlif obyektlərin və MTK-ların tikinti işləri apardıqları ərazilərdə qanunsuz və icazəsiz ağacların kəsilməsi halları da yaşanır ki,
Yaşıllaşdırma Təsərrüfatı Birliyi bunlara göz yumur, bəzən də özləri şərait yaradaraq icazə verirlər.

Gülşən Rəsul