Tramp: İrana olunan sülh təklifləri nüvə silahına imkan verməyəcək

Tramp: İrana olunan sülh təklifləri nüvə silahına imkan verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana olunan sülh təklifləri Tehranın nüvə silahına sahib olmayacağını açıq şəkildə ifadə edir.

Tribuna.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında məlumat verib.

“Saxta CNN bu gün yenə iddia edib ki, mənim İranla nüvə proqramı üzrə əldə etdiyim razılaşma ümumiyyətlə nüvə məsələsinə aid deyil. Halbuki, həmin razılaşmada çox açıq şəkildə qeyd olunur ki, İranın nüvə silahı olmayacaq. Bundan əlavə, razılaşmada nüvə mövzusunun digər aspektləri də çox ətraflı və geniş şəkildə izah edilir. Əslində, sazişin böyük hissəsi məhz bu məsələyə həsr olunub”, – Tramp yazıb.