İndoneziyanın Açe bölgəsində evli olmayan cütlük öpüşdüklərini çəkib Tik-Tokda yaydığına görə şallaq cəzası alıb.
Tribuna.az xəbər verir ki, İslam hökmlərinə uyğun olmayan davranışlarına görə şəriət məhkəməsi onlara 21 şallaq cəzası verib. Cəza 100 nəfərin gözü qarşısında icra olunub, sonra məsuliyyətə cəlb olunaraq iş məhkəməyə göndərilib.
Fərda Uğur









