Təkcə bir əyalətdə 480 azərbaycanlı həbs olunub, 10 nəfəri edam edilib

Təkcə bir əyalətdə 480 azərbaycanlı həbs olunub, 10 nəfəri edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda müharibədən sonra repressiyalar davam edir.

Tribuna.az xəbər verir ki, repressiyalar Güney Azərbaycan şəhərlərini də “ağuşuna” alıb.

Ötən gün İranın Qərbi Azərbaycan əyalətinin baş hakimi Nasir Ətbati bildirib ki, müharibə başlayandan indiyə qədər əyalətdə 480 nəfər həbs olunub. O qeyd edib ki, həmin həbs olunanlarda 10 nəfər isə edam cəzasına məhkum edilib.

Qeyd edək ki, həbs və edam cəzalarının əsas səbəbi kimi, onların guya, “düşmənə cəsusluq etməsi” göstərilib.

Fərda Uğur