Təhsildə biabırçılıq: “Nazirlik nəzarət etsəydi…” – Dosent

Təhsildə biabırçılıq: “Nazirlik nəzarət etsəydi…” – Dosent

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesablama Palatası”nın təhsil sistemində növbəti araşdırması ciddi nöqsanlar üzə çıxardı.

Hesablama Palatasının Təhsildə Keyfiyyət Təminatı Agentliyində
(TKTA) apardığı kompleks yoxlama qurumun əsas fəaliyyət istiqamətlərində çox ciddi nöqsanlar üzə çıxardıb. Bu kiçik qurumun belə böyük qanun pozuntuları etməyə cürəti çatmazdı, əgər nazirlik onların işinə normal nəzarət etsəydi.

Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti, dosent İlham Əhmədov bildirib. Əhmədov sual edir ki, Elm və Təhsil Nazirliyi niyə tabeçiliyində olan agentliyin fəaliyyətinə uzun müddət nəzarət etməyib, qanunların davamlı olaraq pozulmasına göz yumub?:

“Bu səriştəsizlik və təcrübəsizlikdən qaynaqlanır, yoxsa məsuliyyətsizlikdən, cılız şəxsi maraqlardan?

Hesablama Palatası indiyədək ETN tabeliyindəki hansı qurumda yoxlama aparıbsa, ciddi maliyyə pozuntuları aşkar edib.

Abşeron-Xızı və digər RTİ-dəki irimiqyaslı maliyyə mənimsəmələrini xatırlamaq kifayətdir.

ETN bu məsələlərlə əlaqədar nə qərar qəbul etdi? Heç nə”.

Dosent əlavə edib ki, Maliyyə Nazirliyi maliyyə monitorinqi mərkəzinin internat tipli məktəblərdəki maliyyə yoxlamaları da xeyli mənimsəmələri ifşa etdi:

“Bu yoxlamaların müəyyən etdiyi mənimsəmələrin hər biri 8 rəqəmli ədədlərlə ifadə edilir.
Təhsil büdcəsinin son illər xeyli artmasına rəğmən, təhsil keyfiyyətinin davamlı tənəzzülü bu səbəblərdəndir.

Ehtimal ki, ETN özünə və tərkibində olan digər agentliklərə Hesablama Palatası Reyd etsə, xeyli nöqsanlar tapılacaqdır.

Ölkə rəhbərliyinin “təhsil bir nömrəli prioritet olmalıdır”
çağırışına əgər ETN belə “reaksiya” verəcəksə, onda təhsilin, dövlətin gələcəyi necə olacaqdır?”.

Gülşən Rəsul