“Tehran heç bir halda Vaşinqtonun Hörmüz boğazının idarə olunmasına müdaxiləsinə icazə verməyəcək”.
Tribuna.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.
“ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etmək üçün təkrarlanan ehtiyatsız və təxribatçı hərəkətləri regional təhlükəsizliyi, beynəlxalq ticarəti və neft tankerlərinin, ticarət gəmilərinin naviqasiyasını ciddi şəkildə təhlükə altına alıb. Biz heç bir halda ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxiləsinə icazə verməyəcəyik”, – deyə o qeyd edib.









