“TamStore” marketləri  QR kodla ödənişi qadağan edib?

“TamStore” marketləri QR kodla ödənişi qadağan edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masazır “TamStore” marketin 1-ci filialından şikayətim var. QR kodla ödəniş etmək istəyirdim, mənə bildirdilər ki, QR kod ödənişi qadağa olunub.

Tribuna.az xəbər verir ki, bu barədə şikayətçi Məhəmməd Quliyev Feysbukda yazıb. O bildirib ki, bu cür ödənişin niyə qadan ediliyi isə bildirilməyib:

“Nəyə əsasən qadağan edilib və bununla bağla mağazaların girişində niyə məlumat yerləşdirilməyib”.

Məsələ isə bağlı vətəndaşın şikayətini cavablandıran “TamStore” mağazalar şəbəkəsi bildirib ki, hazırda QR kod ödənişlərində texniki proseslərin sazlanması səbəbilə mağazalarda bu tip ödənişlərdə çətinlik yaşanmaqdadır:

“Yaranmış hal ilə bağlı narahatlığınızı anlayırıq. Qısa zamanda texniki çətinliyin aradan qaldırılması üçün çalışırıq”.

Gülşən Rəsul