“Taliban”nın lideri Əfqanıstanda öldürüldü

“Taliban”nın lideri Əfqanıstanda öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan prezidenti xəbəri təsdiqlədi.

Əfqanıstan prezidenti Əşrəf Qani Pakistan “Taliban”-ın lideri Molla Fəzlullahın öldürüldüyünü təsdiq edib və bu hadisəni Kabil və İslamabad arasında “etimadın yaradılmasında böyük addım” adlandırıb.
 Qani  bu bəyanatı iyunun 15-də “Twitter”-də verib. O yazır ki, Pakistanın baş naziri Nasirul Mulklə və Pakistan ordusunun baş komandanı general Qamar Javed Bajva ilə danışıb və onlar Molla Fəzlullahın ölümü faktını təsdiq ediblər: “Onun ölümü Əfqanıstan təhlükəsizlik agentliklərinin yorulmaz kəşfiyyat fəaliyyətininin nəticəsidir”.