Nobel Sülh mükafatının laureatı məlum olub.
Tribuna.az “Nobelprize.org”a istinadən xəbər verir ki, Norveç Nobel Komitəsi 2026-cı il Nobel Sülh mükafatının Navanethem (Navi) Pillaya verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Nobel Sülh Mükafatının qalibi Norveçin Oslо şəhərində yerləşən Norveç Nobel İnstitutunda elan edilib.
Qeyd edək ki, Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib. O, bu mükafata Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə layiq görülüb.









