Sumqayıtda itkin düşən qocanın qətlə yetirilməsinin təfərrüatı bəlli olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə şəhərin 21-ci mikrorayonunda fərdi yaşayış evində baş verib.
81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir ediblər. Bu zaman S. Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.









