Şumaxer sevənlər üçün ümidverici xəbər

Şumaxer sevənlər üçün ümidverici xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula-1”in əfsanəvi pilotu, 7 qat dünya çempionu Mixael Şumaxer artıq yatağa məhkum vəziyyətdə deyil.

Tribuna.az Daily Mail nəşrinə istinadən bildirir ki, Şumaxer hazırda tibbi personalın köməyi ilə əlil arabasında ev daxilində hərəkət edə bilir. Bildirilir ki, sabiq Ferrari pilotu daimi tibbi nəzarət altındadır.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin sonlarında Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması almışdı. Həmin vaxtdan bəri o, 12 ildən çoxdur ictimaiyyət qarşısına çıxmayıb.

Şumaxer karyerası ərzində 7 dəfə “Formula-1” dünya çempionu olub və 91 Qran-pri qələbəsi qazanıb. Alman pilot “Formula-1”də Jordan, Benetton, Ferrari və Mercedes komandalarının heyətində çıxış edib.

Xatırladaq ki, 2025-ci ilin sonunda “Formula-1” pilotlar çempionatında Lando Norris 423 xalla birinci, Maks Ferstappen 421 xalla ikinci, Oskar Piastri isə 410 xalla üçüncü yeri tutub.

İmran Kərimli