Sırski: Döyüşlər davam edir, Ukrayna ordusu Pokrovskun şimal hissəsini saxlayır

Sırski: Döyüşlər davam edir, Ukrayna ordusu Pokrovskun şimal hissəsini saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna bölmələri Pokrovskun şimal hissəsinə nəzarəti davam etdirir və rus qüvvələrinin şəhəri yan tərəfdən keçərək irəliləmə cəhdlərini bloklayır.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.

“Döyüş davam edir. Ukrayna bölmələri Pokrovskun şimal hissəsini saxlamaqda davam edir”, — baş komandan bildirib.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Pokrovsk və Mirnoqradda bəzi əraziləri qoruyub saxlayır. Komandanlar şəxsi heyətin təhlükəsizliyinə xüsusi diqqət ayırır. Müdafiəni möhkəmləndirmək üçün logistika, tibbi təxliyə, kontrobatareya fəaliyyətləri və düşmən PUA-larına qarşı mübarizə istiqamətində işlər görülür.

İmran Kərimli