Sumsk vilayətinin Ştepovka şəhərindən 12 kilometr aralıda iki piyada döyüş maşını dayanıb.
Qaynarinfo xəbər verir ki, buna görə də yerli sakin gedərək orada rusların nə etdiklərini soruşmaq qərarına gəlib.
“Yaşasın Ukrayna!” – sakin orada dayanan işğalçı əsgərlərə deyib. İşğalçılar, təbii ki, ukraynalının bu şüarına cavab verə bilməyiblər.
Daha sonra o, Rusiya hərbçilərindən Rusiya Federasiyası vətəndaşlarının tələffüzü üçün son dərəcə çətin olan “palyanitsya” (bulka. – red.) sözünü demələrini istəyib. Təbii ki, buna cəhd də etməyiblər.
Cavab olaraq Rusiya Federasiyasının hərbçiləri rus dilində heç nə çəkməməyi xahiş ediblər. Sumısk vilayətinin sakini cavab verib ki, bu, Ukrayna Konstitusiyası ilə qadağan edilmir.









