“SERVİS HAQQI” KİMİN CİBİNƏ GEDİR?

“SERVİS HAQQI” KİMİN CİBİNƏ GEDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə Bakıdakı kafe və restoranlarda hesabı ödəyən zaman “servis haqqı” tələbini görmək adi bir hala çevrilib. Əslində, “çay pulu” ənənəsi həmişə aktual olub. Ancaq bu anlayış daha çox müştəri ilə ofisiant arasında məmnuniyyət əsasında formalaşırdı. Bəs, görəsən, “çay pulu”nu “servis haqqı” na çevirmək kimlərin marağındadır? Ən əsası bu tələb qanunidirmi?

Mövzu ilə bağlı TİA. Az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan qanunvericiliyində xidmət haqqı ilə bağlı bənd yoxdur:
” Sadəcə bu, dünyada yayılmış bir adət-ənənədir. Bəzi ölkələrdə 5 faiz, bəzi ölkələrdə 10 faiz xidmət haqqı ödənişi qeyri-rəsmi olaraq nəzərdə tutulub. Həmin vəsait də qulluq edən şəxslərin qazancının üzərinə gəlir. Bu ənənənin kökləri var. Hələ o vaxtlardan hamı bilirdi ki, restoran, kafelərdə xidmətçi vəzifəsində daha çox tələbələr işləyirdi. Tələbələrin dolanışığına müəyyən dərəcədə yardım etmək üçün belə bir ənənə formalaşdı. Hazırda Azərbaycanda da belə bir ənənə formalaşır. Amma xidmət haqqının gələcək taleyi ilə bağlı məlumatsızlıq var. Əgər doğurdan da o xidmət haqqı xidmət göstərən şəxslərin günlük maaşlarına əlavə edilirsə, mən şəxsən burda bir problem görmürəm, yox, əgər xidmət haqqı adı altında yığılan vəsait sahibkarın özü tərəfindən istifadə olunursa, bu artıq ciddi problemdir”.

TİA. Az