İrəvanda mənzillənmiş separatçılar özlərinə “prezident” seçməyə hazırlaşırlar. Tribuna.az xəbər verir ki, bir ildir prosesi həyata keçirə bilməyən separatçılar yaxın günlərdə prosesə start verəcəklər.
Vəkil Rafael Maritrosyan bununla bağlı bildirib ki, Qarabağ “prezidentinin” seçkiləri ilə bağlı yekun qiymətləndirmə aparmaq üçün hələ tezdir. Lakin o, yaxın günlərdə “namizədlərin” irəli sülürməsi mərhələsinin başlaya biləcəyini qeyd edib.
Bildirək ki, separatçılar indiki şəraitdə bu addımı ata bilməyəcəklər. Çünki Paşinyan hökuməti onlara bu imkanı verməyəcək. Bu səbəbdən də separatçılar parlament seçkilərinin nəticəsini gözləyəcəklər. Əgər Karapetyan və ya Koçaryan hakimiyyətə gələrsə, əvvəlki şəkildə sərbəst fəaliyyətlərində davam edəcəklər.
Fərda Uğur









