Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəşəm Nəcəfzadə son günlər müalicə aldığı reabilitasiya mərkəzindən qaçmasıyla gündəm olan jurnalist Nəsimi Nəbizadə ilə bağlı xatirəsini paylaşıb.
Tribuna.az xəbər verir ki, şairin jurnalist N.Nəbizadə ilə bağlı yazdıqları bir çoxları tərəfindən tənqid edilib.
Şairin xatirəsini təqdim edirik:
“Səhər – səhər Nəsimi Nəbizadə yaman yadıma düşüb. Nəsimi ilə mənim maşınımda Qulu Ağsəsin anasının yasına (Allah rəhmət eləsin) gedirik. Nəsimi dedi ki, qoy pul verim boş taksilərin birinə, bizi müşayət eləsin. Etiraz elədim. Sonra yazıq bir görkəm aldı, xahiş elədi ki, nə olar, qoy sənin maşınının siqnalı olum. Dedim, ol, amma yavaş – yavaş səs elə.
Nəsimi başını maşının şüşəsindən çölə çıxarıb “Düdd-düdd” eləyir. Birdən Elburus Ərud maşının qarşısına çıxdı. Nəsimi bərkdən “düüüüüüüd” elədi. Elburus qayıtdı ki, ə, nədi, Qəşəm səni maşına siqnal götürüb.
Allah Nəsimiyə kömək olsun”.
Gülşən Rəsul










