“Sabah”ın Avropa Liqasındakı rəqibi bəlli olub.
Tribuna.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çempionlar Liqasının 3-cü təsnifar mərhələsində Danimarkanın “Orhus” klubuna uduzarsa, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparacaq.
Burada pley-off mərhələsində oynayacaq “Sabah”ın potensial rəqibi isə “Benfika” – “Hearts” (Şotlandiya) cütünün qalibi ilə üzləşəcək.









