Elməddindən sosial şəbəkələrlə bağlı gözlənilməz etiraf

Elməddindən sosial şəbəkələrlə bağlı gözlənilməz etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Elməddin Cəfərov sosial şəbəkələrdən niyə aktiv istifadə etməməsinin səbəbini açıqlayıb.

Sənətçi bu barədə instaqram səhifəsində məlumat yayıb:

“Niyə sosial şəbəkələrdə yoxam? Çünki düşünürəm ki, sosial şəbəkə insanın zamanını özündən alır və bəzən lazım olan vaxtın da gedir. Getdiyin, gəzdiyin yerləri, etdiyin istirahətləri insanlarla çəkib paylaşmaq məcburiyyətini hiss edirsən. Ən əsası isə, bəzən bir-iki yanlış anlaşılmadan minlərlə təhdid, tənqidli yazılar ala bilərsən.

Mənim istədiyim tək bir şey var, gəzdiyim yerləri, etdiyim istirahətləri özümlə paylaşım. Yediyim yeməyin, geyindiyim geyimin pulunu kiminsə hesabına deyil, öz maddiyyatımla ödəyim.

Əmin edirəm, sabahdan aktiv istifadə etməyə başlasam, zənglər gələcək ki, “Bizim mağazanın açılışına gəl. Yaxud restorana gəl, sənə altı ay buradan yemək verəcəyik. Restorana, geyim mağazasına təşəkkür et”. Bunlardan qorunmaq üçün sosial şəbəkələrdən aktiv istifadə etmirəm”.