WikiLeaks-in qurucusu Julian Assanj iki ildən sonra X-də ilk paylaşımını edib.
Tribuna.az xəbər verir ki, o, paylaşımında “geri qayıtdığını” elan edib: “Mən qayıtdım”.
Onun X-də son paylaşımı Britaniya həbsxanasından azad edildikdən qısa müddət sonra, 28 iyun 2024-cü ildə dərc olunub.
2019-cu ildənAssange Londondakı Ekvador səfirliyindən qovulduqdan sonra yerləşdirildiyi Böyük Britaniyadakı yüksək təhlükəsizlikli Belmarş həbsxanasında saxlanılırdı. Beş ildən çox müddətəd Vaşinqton onun Londondan ABŞ-a ekstradisiyasını tələb edib, lakin Assanjın müdafiə qrupu dəfələrlə bunun qarşısını almağı bacarıb.
ABŞ prokurorları ilə aparılan etiraf sövdələşməsinin bir hissəsi olaraq, Assanj məhkəmədə məxfi məlumatların əldə edilməsi və yayılması ilə bağlı günahını etiraf etdi. Bu cinayətə görə avstraliyalı artıq Britaniya həbsxanasında cəza çəkdiyi müddətə məhkum edilib. 26 iyun 2024-cü ildə Assanj ailəsinin yaşadığı Avstraliyaya qayıdıb.









