“Rusiyanın daha 20 tankı məhv edilib” – Ukrayna Quru Qoşunları

“Rusiyanın daha 20 tankı məhv edilib” – Ukrayna Quru Qoşunları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları “Facebook” səhifəsində məlumat yayıb.
Məlumatda vurğulanır ki, Rusiya Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi zərərsizləşdirilib:
“İşğalçı qüvvələr canlı itki verib. “Şimal” bölməsi, həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib. Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, – deyə məlumatda bildirilir.