Rusiyada erməniəsilli bloqer cərimələndi

Rusiyada erməniəsilli bloqer cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bloqer Arsen Markaryan nifrət və düşmənçiliyin qızışdırılması ilə bağlı inzibati iş üzrə cərimələnib.

Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, Arsen Markaryanın 2025-ci ilin dekabrında “Teleqram” kanalında paylaşdığı videoçarx milli mənsubiyyət zəminində ayrı-seçkiliyi və nifrəti təşviq edən məzmun kimi qiymətləndirilib.

Qərarda qeyd olunub ki, bloqerin videoda rus xalqı ilə bağlı işlətdiyi ifadələr onların şərəf və ləyaqətini alçaldan, eləcə də milli qrupa qarşı mənfi münasibəti təşviq edən xarakter daşıyıb.

İşə Rusiyanın Xoroşevski Rayon Məhkəməsində baxılıb. Məhkəmə iclası iyunun 30-da keçirilsə də, Arsen Markaryan prosesdə iştirak etməyib.

Məhkəmənin qərarı ilə bloqer 20 min rubl məbləğində cərimə olunub.

Qeyd edək ki, Arsen Markaryan hazırda həbsdədir. O, 2026-cı ilin martında nasizmin reabilitasiyası ilə bağlı cinayət işi üzrə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə qərarına əsasən, ona dörd il ərzində internet saytlarının inzibatçılığı ilə bağlı fəaliyyət göstərmək də qadağan olunub.