“Rusiya cəbhə xəttində Hindistan, Pakistan, Nepal, Kuba, Nigeriya və Seneqaldan olan yeni əsgərlər də daxil olmaqla, getdikcə daha çox xarici muzdlu əsgərlərə güvənir. Çünki qüvvələri əvəz edə biləcəklərindən daha çox itki verir”.
Tribuna.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Con Heali bildirib.
O qeyd edib ki, əvvəllər Ukrayna və Rusiya itkilərinin nisbəti 1-dən 6-ya qədər idi. “Lakin indi Rusiya ordusunun itkiləri ilə bağlı rəqəmlər dəfələrlə artıb”.
O bildirib ki, cəbhə xəttinin bəzi hissələrində Rusiya itkilərinin sayı hər bir Ukrayna itkisinə görə təxminən altıdan 25-ə qədər artıb.
Fərda Uğur









