Rubio Trampdan gizlənərək necə yatdığını danışdı

Rubio Trampdan gizlənərək necə yatdığını danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, uzunmüddətli xarici səfərlər zamanı prezidentin “Air Force One” təyyarəsində yatmaq üçün fürsət axtarmalı olur və bu zaman Donald Trampın gözünə dəyməməyə çalışır.

Tribuna.az xəbər verir ki,o, bu barədə New York Magazine jurnalına müsahibəsində danışıb.

Rubionun sözlərinə görə, saatlarla davam edən uçuşlar istirahət tələb edir, halbuki prezident, onun qeyd etdiyinə görə, təyyarədə demək olar ki, heç vaxt yatmır. Dövlət katibi əlavə edib ki, Tramp istənilən an öz kabinetindən çıxaraq salon boyunca gəzə və kimin oyaq, kimin yatdığına diqqət yetirə bilər.

Görünməmək üçün Rubio təyyarədə divanlarla təchiz olunmuş xidməti kabinetlərdən birindən istifadə edir. Onun sözlərinə görə, istirahət zamanı tamamilə yorğanın altına girir, başını da örtür ki, tanınmasın. Bu vəziyyətdə özünü “mumiyaya” bənzətdiyini deyən Rubio, bu üsulla rahatca yata bildiyini vurğulayıb.

Dövlət katibi həmçinin qeyd edib ki, prezidentin onu yatmış halda görərək bunu zəiflik kimi dəyərləndirməsini istəmədiyi üçün, özünü aparat əməkdaşlarından biri kimi göstərməyə üstünlük verir.

İmran Kərimli