Türkiyəli kardiologiya mütəxəssisi Dr. Türker Pabuccu məşhur aktyor və komediyaçı Cem Yılmazın qulağındakı xəttlə bağlı diqqətçəkən açıqlama verib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, həkim Cem Yılmazın qulaq məməsində “Frank işarəsi” kimi tanınan diaqonal xəttin olduğunu bildirib.
Dr. Pabuccunun sözlərinə görə, bu işarənin müşahidə olunduğu şəxslərdə ürək infarktına rast gəlinmə tezliyi daha yüksək ola bilər.
“Bu, səbəb-nəticə əlaqəsi deyil, korrelyasiya əlaqəsidir. Əgər qulağınızda bu xətt varsa, diqqətli olun”, – deyə kardioloq bildirib.
“Frank işarəsi” qulaq məməsində yaranan diaqonal büküş və ya xəttdir. Tibbi ədəbiyyatda bu əlamətlə ürək-damar xəstəlikləri arasında mümkün əlaqəni araşdıran tədqiqatlar mövcuddur.
Gülşən Rəsul










