“Kontakt Home”dan narazılıqlar artır – Foto

“Kontakt Home”dan narazılıqlar artır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home”dan moped alan müştəri aldadıldığını iddia edib.

Tribuna.az xəbər verir ki, bu barədə şikayətçi Fuad Cəfərov adlı şəxs sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, problem yaşadığı məhsulu 14 gün keçməmiş geri qaytarmaq istəsə də, bu mümkün olmayıb:

“Mən” Kontakt Home”dan moped almlşam. Mənə tam enerji dolu halda 80 km gedəcəyi deyildi.

Lakin heç 50 km getmir. Hələ 14 gün keçməmiş əlaqə saxlayıb bildirdim. Lakin qaytarmanın mümkün olmadığı deyildi”.

Qeyd edək ki, mövcud qaydalara əsasən, malın alınma günü sayılmamaq şərti ilə, istehlakçı 14 gün ərzində onu lazımi keyfiyyətli mala dəyişdirə və ya geri qaytara bilər.

Xatırladaq ki, “Kontakt Home” son illər müştərilərin ən çox şikayət etdiyi şəbəkələrdəndir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul