Mirzoyan: Ermənistan-Türkiyə sərhədi hər an açıla bilər

Mirzoyan: Ermənistan-Türkiyə sərhədi hər an açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə yeni xüsusi nümayəndənin təyin edilməsinin zəruriliyindən əmin deyil.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib.

Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
O, iki ölkə arasındakı sərhədlərin tərəflərin yeni xüsusi nümayəndələrin namizədliyini razılaşdırmazdan əvvəl açıla biləcəyini qeyd edib.

Mirzoyanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi o qədər yetişib ki, yekun və tam nizamlanmaya hər an nail olmaq mümkündür.

XİN rəhbəri Ermənistan və Türkiyənin demək olar ki, hər gün əlaqə saxladığını vurğulayıb.

Mirzoyan yaxın vaxtlarda Ermənistanda Ermənistan-Türkiyə biznes forumunun keçiriləcəyini də elan edib.

Qeyd edək ki, Ruben Rubinyan Ermənistan parlamenti sədri seçildiyi üçün Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi vəzifəsini icra etmir.