Fyodor Şukin Dağıstanın rəhbəri seçildi

Fyodor Şukin Dağıstanın rəhbəri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan parlamenti Fyodor Şukini respublikanın rəhbəri vəzifəsinə seçib.

Tribuna.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Səsvermədə iştirak edən 87 deputatdan 78-i Şukinin namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu vəzifəyə Şukinlə yanaşı, Dağıstan Xalq Toplantısının sədr müavini Kamil Davdiyevin və regional parlamentdə Kommunist Partiyası fraksiyasının rəhbəri Samir Abdulxaliqovun da namizədliyini irəli sürmüşdü.

Fyodor Şukin may ayının əvvəlindən Dağıstan rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edirdi. Onun sələfi Sergey Melikov öz ərizəsi ilə vəzifəsindən ayrılıb, sentyabrın sonunda isə Bryansk vilayətindən Federasiya Şurasına senator təyin edilib.

İmran Kərimli