Bu bankların mənfəəti azalıb – SİYAHI

Bu bankların mənfəəti azalıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk 9 ayı üzrə maliyyə nəticələri açıqlanır.
Bankların əksəriyyəti dövrü xalis mənfəətlə başa vursa da, onların qazancı arasında ciddi fərq var. Bəzi bankların mənfəəti milyonlarla manatla ölçüldüyü halda, digərlərinin göstəricisi xeyli aşağıdır.

Tribuna.az Marja.az-ın yaydığı məlumata əsasən xəbər verir ki, hesabat dövründə ən aşağı xalis mənfəət göstəricilərindən biri “AFB Bank”da olub.

Bu bank 3 milyon 602 min manat, Bank” Avrasiya” isə 3 milyon 996 min manat xalis mənfəət əldə edib.

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 5 milyon 427 min manat olub. “Bank VTB” (Azərbaycan) 7 milyon 678 min manat, “Yapı Kredi Bank Azərbaycan” isə 9 milyon 247 min manat xalis mənfəət açıqlayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bəzi bankların mənfəətində azalma da müşahidə olunur. Belə ki, “Xalq Bank”ın xalis mənfəəti 2025-ci ilin ilk 9 ayında 51 milyon 541 min manat olduğu halda, 2026-cı ilin müvafiq dövründə 24 milyon 73 min manata düşüb.

“Yelo Bank” ın mənfəəti 24 milyon 825 min manatdan 17 milyon 257 min manata, “Bank VTB”nin mənfəəti isə 10 milyon 490 min manatdan 7 milyon 678 min manata geriləyib.

“Bank Mellat”ın Bakı filialının xalis mənfəəti də ötən ilin eyni dövründəki 4 milyon 378 min manatdan 3 milyon 144 min manata enib.

Qeyd edək ki, xalis mənfəət bankın gəlirləri və xərcləri, eləcə də digər maliyyə nəticələri nəzərə alındıqdan sonra əldə etdiyi yekun qazancı ifadə edir.

Gülşən Rəsul