Sürücünü möcüzə xilas etdi

Sürücünü möcüzə xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda güclü yağışlar Kemerburqazda evləri və iş yerlərini su altında qoyub.

Tribuna.az yazır ki, çoxsaylı nəqliyyat vasitələri sel suları altında qaldı. Gecə ərzində ilişib qalan 65 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mikroavtobusu sel suları altında qalan Əli Eryolcu ölümdən çətinliklə xilas olub. Maşından düşüb ağaclara yapışan Eryolcu dəhşətli hadisəni belə təsvir edib: “Su boynuma qədər gəldi. 20 dəqiqə suda qaldım. Ekskavator gəlib məni xilas etdi.
Mikroavtobusum yolda xarab oldu, sərnişin yox idi. Su maşını bura qədər sürüdü. Qapını açıb ağaclara yapışaraq tullandım. Qışqırdım. Su boynuma qədər gəldi”.

Həsən Ağa