“Ermənistan Referendumu” təşəbbüsünün üzvü Menua Soqomonyan hökumət binasının qarşısında keçirilən etiraz aksiyası zamanı COP17-də iştirak etmək üçün Ermənistana səfər edən BMT-nin baş katibi Antonio Quterreşə, COP17-də iştirak edən ölkələrin liderlərinə və beynəlxalq təşkilatların nümayəndələrinə müraciət edib.
Tribuna.az yazır ki, müraciətdə yenə Azərbaycana qarşı əsassız ittihamlar səslənib.
“Beynəlxalq ictimaiyyət beynəlxalq humanitar hüquqla təmin edilən hərbi əsirlərin və girovların azad edilməsinə görə məsuliyyət daşıyır və BMT buna görə məsuliyyət daşıyır. BMT 150.000 insanın vətəninə qayıtmasına görə məsuliyyət daşıyır və beynəlxalq ictimaiyyət qarantdır. Beynəlxalq Ədalət Məhkəməsi bununla bağlı 17 noyabr 2023-cü ildə qərar qəbul edərək Azərbaycanı həmin 150.000 insanın təhlükəsiz, dinc və ləyaqətli şəkildə qayıtmasını təmin etməyə məcbur edib”, – deyə cəfəng bəyanatlar səsləndirilib.
Həsən Ağa









