“Qarabağ”ın yeni transferi Renaldo Sefasın transferi üçün ödədiyi məbləğ bəlli olub.
Tribuna.az xəbər verir ki, Ağdam klubu yamaykalı hücumçu üçün Rusiyanın “Pari Nijni Novqorod” klubuna 880 min avro (təxminən 1,7 milyon manat) ödəyib.
Qeyd edək ki, “Qarabağ”ın Rusiyanın “Pari Nijni Novqorod” klubu ilə danışıqları uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas “Qarabağ”a transfer olunub.
Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək.
Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.









