Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) daha bir tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamenti maşın və avadanlıqların satınalınmasını həyata keçirəcək.
Bildirilir ki, tenderin qalibi “ISOFT” MMC olub. Komitə şirkətlə bununla əlaqədar 141 min 546 manatlıq müqavilə bağlayıb.
Fərda Uğur









