2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Ermənistana 17 milyon dollardan çox dəyərində mal ixrac edib.
Tribuna.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Həmin məlumata görə, Azərbaycan əsasən yanacaq satışı həyata keçirib.
Maraqlı məqam isə Azərbaycanın Ermənistandan 960 dollarlıq mal almasıdır. DSK bu məbləğə Bakının hansı məhsullar alması barədə hər hansı bilgi verməyib.
Fərda Uğur









