Argentina və İspaniyanın finala çıxmasıyla
Messi ilə Yamalın illər əvvəl çəkiləmən fotosu da yenidən gündəm olub.
Tribuna.az xəbər verir ki, fotonun maraqlı hekayəsi ortaya çıxıb.
Belə ki, 2007-ci ildə “SPORT” jurnalının təqvimi üçün “Barselona” Fondu və UNICEF-in birgə təşkil etdiyi xeyriyyə fotosessiyası keçirilib. Layihənin məqsədi futbolçuları azyaşlı uşaqlarla bir araya gətirərək sosial mesaj vermək olub.
UNICEF həmin layihə üçün bir neçə ay ərzində Kataloniyada yaşayan ailələr arasında seçim aparıb. Məhz həmin seçim nəticəsində layihəyə uyğun hesab edilən körpələrdən biri də Lamin Yamal olub.
Ən maraqlı məqam isə uşaqların futbolçularla təsadüfi şəkildə cütləşdirilməsi idi.
Həmin günə qədər heç vaxt qucağında körpə saxlamayan Lionel Messiyə məhz Lamin Yamal düşüb.
Nəticədə Messi balaca Yamalı çimizdirərkən və qucağında tutarkən çəkilən fotolar ərsəyə gəlib.
İllər sonra həmin körpə Dünya futbolunun ən böyük istedadlarından birinə çevrilib. Bu səbəbdən Messi ilə Yamalın 2007-ci ildə çəkilmiş fotoları futbol tarixinin ən simvolik və təsadüfi kadrlarından biri kimi qiymətləndirilir.
Sosial şəbəkələrdə geniş paylaşılan bu görüntülər istifadəçilər tərəfindən “taleyin möhtəşəm təsadüfü” kimi dəyərləndirilir.
Gülşən Rəsul










