Ərəfi də danışıqlara qarşı çıxdı

Ərəfi də danışıqlara qarşı çıxdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran danışıqlarına qarşı çıxan Tehranın bəzi rəsmi və din xadimləri prosesin dayandırılmasını tələb edirlər.

Tribuna.az xəbər verir ki, əsasən dini şəxslər bu danışıqların əleyhinə çıxırlar.

Ötən gün bununla bağlı açıqlama verən Qum dini hövzəsinin direktoru Əlirza Ərəfi bildirib ki, infrastruktura zərər gəlməsini dilə gətirmək bəhanədir. “Rəsmilər infrastrukturu bəhanə gətirərək “kafirlərlə” danışıqlara davam etməməlidirlər”.

O, danışıqların dərhal dayandırılmasını və sona qədər mübarizə aparmağı təklif edib.

Fərda Uğur