İzmirdə güclü meşə yanğını başlayıb

İzmirdə güclü meşə yanğını başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda meşəlik ərazidə yanğın baş verib.

Tribuna.az türk mediasına istinadən xəbər verir ki, hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almaq üçün havadan və qurudan müdaxiləni davam etdirirlər.

Məlumata görə, Bornova rayonunun İnönü məhəlləsi yaxınlığındakı meşəlik zonada yanğın yerli vaxtla saat 13:00 radələrində qeydə alınıb. Hadisə barədə sakinlərin çağırışından dərhal sonra bölgəyə İzmir Meşə Təsərrüfatı Regional İdarəsinə məxsus 2 təyyarə, 4 helikopter, 16 yanğınsöndürmə maşını, 6 su daşıyan texnika və 1 buldozer cəlb olunub.

Heyətin alovla mübarizəsi həm havadan, həm də qurudan sürətlə davam edir.