Çində baş verən güclü yağışların yaratdığı daşqınlar nəticəsində universitet kampuslarından biri üç gün ərzində su altında qalıb.
Tribuna.az xəbər verir ki, sel səbəbindən kampusda qalan təxminən 6 min tələbə və müəllim xilasedicilər tərəfindən üzən platformalar vasitəsilə təhlükəsiz əraziyə təxliyə edilib.
Əməliyyata çoxsaylı xilasedici və xüsusi texnika cəlb olunub. Təxliyə prosesi mərhələli şəkildə həyata keçirilib və insanların təhlükəsiz şəkildə kampusdan çıxarılması təmin edilib.
Son günlər Çinin müxtəlif bölgələrində aramsız yağışlar çayların daşmasına, yolların su altında qalmasına və nəqliyyatda ciddi problemlərə səbəb olub. Hakimiyyət orqanları daşqın riski davam etdiyi üçün əhaliyə ehtiyatlı olmağa və zəruri olmadıqca təhlükəli ərazilərə getməməyə çağırış edib.
Gülşən Rəsul









