Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 43,9 milyon manat əmanəti olub.
Bu barədə Tribuna.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 40,9 % çoxdur.
Əmanətlərin 94,8 %-i milli, 5,2 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 42,9 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,8 % artıb.









