Ucarda dördotaqlı ev külə döndü

Ucarda dördotaqlı ev külə döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Tribuna.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Gecə saatlarında kənd sakini Namiq İbrahim oğlu Süleymanova məxsus ümumi sahəsi 160 kvadratmetr olan dördotaqlı yaşayış evində yanğın başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.